Sülhməramlılarımızın yeni heyəti Afrika ölkəsində xidmətə başladı
07 aprel 2020 11:31 (UTC +04:00)

Sülhməramlılarımızın yeni heyəti Afrika ölkəsində xidmətə başladı


BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq, Bakıya qayıdıb.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.

 

# 1090
avatar

Oxşar yazılar