374
09:27
07 Aprel 2020

Ən dəyərli “geyimimiz”- Sağlamlıq dəridən başlayır?

Dermatoloq, uzman həkim Leyla Mirzoyeva sağlamlığımızla bağlı xüsusi olaraq e-tibb.az-da çox önəmli bir yazı ilə çıxış edib.

Lent.az həmin yazını təqdim edir:

Evimizdəki tozun böyük hissəsi dərimizin tökülmüş ölü hüceyrələridir...

Dəri nədir?

“İnsan bədəninin çəkisinin 4-6% teşkil edən, epidermis, dermis ve dəri altı piy toxumasından ibarət olan…” deyə yazmağa başlasam, yəgin ki məqalənin əvvəlindən oxumağı buraxarsız. Hər web səhifəsində, kitablarda tapa biləcəyiniz sıxıcı anatomik məlumatlardır bunlar. Gəlin dərimizə bir başqa gözlə baxaq. Onun sağlamlığı nədən bütün bədən üçün əhəmiyyətlidir, onu düşünək.

Bir paltarı-köynəyi ildə neçə gün geyinirsiz? Düzdü, bu qarderoba görə dəyişir, amma inanmıram ki, kimsə hər gün eyni paltarı dəyişdirmədən geyinsin.Birincisi, yuyub temizləmək üçün çıxardırıq. Əzilməsin diyə ütüləyirik. Və əlbəttə ki, bezməmək üçün dəyişirik. Hər keçən gün yeni kolleksiya geyim modelləri, vitrinlərdə nələr nələr görürük. Laqeyid olub almamaq mümkündürmü?

B
əs dərimiz? Kaş ki dərimizi də çıxardıb, ləkəsini yuyub, qırışını ütüləyib dolaba qoya bilsəydik. Adətən bir paltar kimi asılqandan istədiyimiz dərini seçib geyinə bilsəydik. Yatanda əzilməsin deyə çixarıb, səhər təkrar geyinsəydik, evdə geyindiyimiz dəri başqa, insanlar içində daha təravətli görünmək istəyəndə başqa dəri geyinə bilsəydik. Təəssüf ki, bu belə deyil.

Dəri bizim gündəlik seçmə şansımız olmayan, istədiyimizdə təmizləmə imkanımız olmayan, yenisi ilə dəyişdirə bilmədiyimiz, hər an geyinmək məcburiyyətində qaldığımız, ən dəyərli paltarımızdır.

Lakin ağıllı dərimiz nə yaxşı ki, özü özünü təmizləyir. Bir dəri hüceyrəsi-keratinosit- təxminən 28 gündə dərinin alt qatından yola çıxaraq üst qatlara çatıb dəridən gözə görülməyən toz şəklində atılır və arxasınca yeni keratinositlər gəlir. Bəlkə inanmayacaqsız, evimizdəki tozun böyük hissəsi dərimizin tökülmüş ölü hüceyrələridir. Elm adamları əziyyət çəkib və bizim üçün hesablayıb ki, insan bir ildə 3.6 kg dəri hüceyrəsi itirir. Eləcə də gündə 100 ədəd tökülən saçlar, uzanan dırnaqlar özünü yeniləmə qabiliyyətinə malikdir.
Hər bir orqanımız kimi dərinin də vəzifələri vardır.
Qaşlar bizə nə üçün lazımdır? Gözəl qələm ilə boyayıb tatuajlar eləmək üçün? Qaşlar tərləyəndə alından axan tərin gözə girməməsi üçün vacibdir.
Kip
riklərimiz tək işləri gözəl görsənməkdir? Onlar gözlərimizi havada uçan yad maddələrdən qoruyur.
Dırnaqlar dırnaq boyası və şellak üçündür? Yüz illər öncə yaşayan atalarımız meşələrdə heyvanlar ilə savaşanda, ağaclardan meyvələr dərəndə o dırnaqlar çox vacib idi. Müasir dünyada daha çox xırda işləri görəndə istifadə etdiyimiz dırnaqlar zamanında həyat xilas edirdi.

Eləcə də dərinin özünəməxsus vəzifəsi var.

Birinci, örtücü fiziki baryer funksiyası. Dəri olmasaydı orqanlarımız, əzələmiz görsənən həm çirkin həm də müdafiəsiz bir varlıq olardıq.

İkincisi, qoruyucu vəzifə. Ətraf mühiddən hər an bizə
hücum edən müxtəlif mexaniki, termal travmalar, ultrabənövşəyi şualar, bədənə girmək üçün fürsət axtaran müxtəlif bakteriya və viruslar, kimyavi, allergik amillər vardır. Bunlarla hər an bir muharibə içindəyik və bu muharibənin ön cəbhə döyüşçüsü dəri hüceyrəsidir.

Dəri həm də duyu orqanıdır: ağrı, təzyiq, vibrasiya, isti
-soyuq ayırımı hissləri ağıllı dəri reseptorları sayəsində mümkündür. Həyatımızın bir parçası olan toxunma hissi, sevdiklərimizə toxunanda hiss etdiyimiz duyqular dəri olmasa mümkün olmazdı.

Bədən istiliyimizin qorunması-termorequlyasiya- bir başqa vacib vəzifə
dir. Bədən hərarətimiz 29°C dərəcəyə düşərsə huşumuzu, 26°C olarsa həyatımızı itirərik. Yüksək hərarət ondan da təhlükəlidir, 43°C üstündə bədən zulallarında ciddi dəyişikliklər başverərək 45°C istilik ölümlə nəticələnir. Həm dərialtı piy toxuması, tər vəzləri, tükləri qaldıran kiçik əzələlər, həm də dermis damarları doğru zamanda genişlənib daralaraq bu məsuliyyətli vəzifədə rol alırlar.

Son illərdə tibb dünyasında diqqəti öz üstünə çəkən D vitamininin sintezi də məhz dəridə həyata keçir. D vitamin
i əzələ gücü və sümüklərin böyüməsi, qan laxtalanması prosesində, ürək atışları və qalxanabənzər vəzin fəaliyyətində rol alan önəmli bir vitamindir.

O zaman gəlin
, bizim sağlam yaşamamız üçün bu qədər əziyyət çəkən, həyatımızdakı ən dəyərli geyimimiz olan dərimizə ən azı paltarlarımız qədər diqqət yetirək, baxımına vəsait ayıraq, keyfiyyətli baxım məhsuldarından istifadə edək, gecə makiyajla yatmayaq, bir xəstəliyi olanda narahat olub həkimə gedək, dərimizə ziyan verən addımlardan uzaq olaq. Gəlin dərimizə dəyər verək!

Saqlıqla qalın.