Aygün, Röya, Zülfiyyə və daha kimlər...
06 aprel 2020 15:35 (UTC +04:00)

Aygün, Röya, Zülfiyyə və daha kimlər...

Heydər Əliyev Fondu Azərbaycanda davam edən xüsusi karantin rejimində yaşlı vətəndaşlara dəstək məqsədilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan” adlı sosial layihəyə start verib. 

Lent.az xəbər verir ki,  əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə tanınmış simaları da qoşulub. 

Onlardan biri də Xalq artisti Röya Ayxan olub.  Sənətçi Nahidə xanımın virtual qonağı olub, ona öz hədiyyəsini verib. 

Məşhur müğənni Nahidə xanımın xahişi ilə onun üçün “Yaz ayları” mahnısını canlı olaraq ifa edib. 

Qeyd edək ki, sözügedən layihədə Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov və Natiq Şirinov da iştirak edib.

# 5274
avatar

Yalçın UĞUR

Oxşar yazılar