Azərbaycanda karantin qaydalarını pozan daha 6 nəfər həbs edildi
06 aprel 2020 11:35 (UTC +04:00)

Azərbaycanda karantin qaydalarını pozan daha 6 nəfər həbs edildi

Ölkə ərazisində karantin rejimlə əlaqədar nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1 nəfər inzibati qaydada həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan  məlumatlar yaydığına görə  1 nəfərə xəbərdarlıq edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər cərimə olunmuş, 1 nəfərə xəbərdarlıq edilib.

# 706
avatar

Mehman Nəbiyev

Oxşar yazılar