Almaniyada koronavirusa yoluxanların sayı 85 mini ötdü
04 aprel 2020 03:28 (UTC +04:00)

Almaniyada koronavirusa yoluxanların sayı 85 mini ötdü

 
Almaniyada koronavirus infeksiyasından ölən xəstələrin sayı 1153, yoluxanların sayı isə 85439 nəfər olub. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə və sosial işlər nazirliyinin hesabatına əsasən, N-tv kanalı məlumat yayıb.


Ölkədə koronavirus infeksiyasının yayılmasının episentri Bavariyadır. Sonrakı yerlərdə Şimali Reyn-Vestfaliya və Baden-Vurttemberq şəhərləridir. Ümumilikdə bu günədək 23800 nəfər sağalıb.

Qeyd edək ki, Almaniyada gündə, təxminən 150 nəfər ölür, 5500 nəfər isə yeni virusa yoluxur.

# 1280
avatar

Oxşar yazılar