1027
19:35
03 Aprel 2020

UEFA-dan XƏBƏRDARLIQ: bu klublar Avropa kuboklarına buraxılmaya bilərlər

Britaniyanın “Sky Sports” telekanalı xəbər verir ki, UEFA –nın 55 milli assosiasiyaya göndərdiyi məktubda milli çempionatların başa çatdırılmasını tövsiyə edib.


Lent.az -ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məktubda qeyd edilir ki, əks halda klublar 2020/21-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasına buraxılmaya bilərlər.

UEFA-nın məktubunda bildirilir:

“UEFA-nın klub yarışları idman nəticələrinə görə müəyyənləşdirildiyindən, mövsümün vaxtından əvvəl başa vurulması ilə élan edilən uğurlar şübhə altına alına bilər.

UEFA 2020/21-ci il mövsümündə yarışların qaydalarına müvafiq olaraq klubların buraxılmaması hüququnu özündə saxlayır”.