Bakıda maşınla vurulan piyada xəstəxanada öldü
03 aprel 2020 10:23 (UTC +04:00)

Bakıda maşınla vurulan piyada xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 2-də səhər saatlarında Nərimanov rayonu, R.Əliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini 43 yaşlı Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə, 58 yaşlı B.Qəniyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada saat 16:30-da orada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

# 747
avatar

Mehman Nəbiyev

Oxşar yazılar