Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var
03 aprel 2020 11:15 (UTC +04:00)

Bakı polisi əməliyyat keçirdi, saxlanılanlar var

Bakı sakinlərindən narkotik maddə götürülüb.

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri 40 yaşlı E.Rəsulov, 29 yaşlı R.Orucəliyev və 18 yaşlı C.Həsənov saxlanılıb. Həmin şəxslərə baxış keçirilən zaman onlardan 14.712 qram heroin, 959.403 qram tiryək, 33.098 qram marixuana və 1.096 qram metamfetamin aşkar edilərək götürülüb.

# 1074
avatar

Mehman Nəbiyev

Oxşar yazılar