İqtisadiyyat nazirinə yeni müavin təyin olundu
02 aprel 2020 13:42 (UTC +04:00)

İqtisadiyyat nazirinə yeni müavin təyin olundu

Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub.

"APA-Ecinomics"in məlumatına görə, dövlət başçısı İlham Əliyev tərəfindən bununla bağlı müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, S. Ələkbərov bundan əvvəl Vergilər nazirinin müavini vəzifəsində çalışıb.

 

S. Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

2010-cu il iyul ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyevin 996 saylı Sərəncamı ilə Vergilər nazirinin müavini təyin olunub.

# 1649
avatar

Oxşar yazılar