Aztəminatlı və kimsəsizlərə ərzaq paylanıldı - FOTO
01 aprel 2020 16:53 (UTC +04:00)

Aztəminatlı və kimsəsizlərə ərzaq paylanıldı - FOTO

Siyəzəndə aztəminatlı ailələr ziyarət olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları koronavirusla mübarizə çərçivəsində kimsəsiz və aztəminatlı sakinlərin qayğılarına qalaraq, vətəndaş mövqeyi sərgiləyiblər.

Bütün ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşulan polislərimiz qonağı olduqları ahıllara mənəvi cəhətdən dəstək olmaqla yanaşı, onlara tibbi ləvazimatlar və müxtəlif ərzaq məhsulları hədiyyə ediblər. Hər bir sakinə müstəqil dövlətimizin soydaşlarımızın sağlamlığının təmin olunması istiqamətində gördüyü tədbirlərdən danışan əməkdaşlar ölkədəki xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar. Yaşlı insanlar onlara göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər.

Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir. Küçə və prospektlərdə gəzən 65 yaşdan yuxarı insanlarla profilaktiki söhbətlər apararaq, onların çölə çıxmamaları bir daha izah olunmaqla yaşadıqları ünvanlara qaytarılması təmin olunur.

Bu tədbirlərdən əlavə Dövlət Yol Polisi Bölməsinin inspektorları rayonun giriş və çıxışlarında yaradılan müvəqqəti postlarda xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə giriş-çıxışa qoyulan məhdudiyyətlərlə bağlı olaraq avtomobillər saxlayır və sürücüləri sakini olduğu rayonlara yönləndirilirlər.

# 1043
avatar

Mehman Nəbiyev

Oxşar yazılar