3622
15:05
01 Aprel 2020

Trampdan ŞOK etiraf: həqiqəti bilərəkdən gizlətdim ki...

ABŞ Prezidenti Donald Tramp pandemiyanın yeni yayıldığı ərəfədə koronavirusun mümkün təhlükəsi ilə bağlı həqiqəti bilərəkdən gizlətdiyini söyləyib.

Lent.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ lideri bildirib ki, yeni vurus təhlükəsi barədə məlumatlı olub:

“Mən hər şeyi bilirdim. Dəhşətli ola biləcəyini də bilirdim. Lakin hər şeyin yaxşı olacağını düşünürdüm. Pessimist olmaq istəmirəm”.

Tramp insanlara ümid verməyin daha vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp bundan əvvəl koronavirus pandemiyasının növbəti iki həftədə ölkə üçün çox çətin olacağı xəbərdarlığını etmişdi.

Prezidentin bu “davranış modeli” ABŞ-ın bir sıra səhiyyə mütəxəssisləri tərəfindən tənqid edilib.

Mütəxəssislər ABŞ-da koronavirusdan 100 mindən 200 minədək insanın öləcəyini proqnozlaşdırırlar. Xüsusilə belə bir proqnozu Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçi verib. Onun sözlərinə görə, ölkə tibbi avadanlıq və xəstəxanalarda yer qıtlığı ilə üzləşə bilər. Eyni zamanda, iki həftədən sonra xəstəxanalarda yer qalmayacaq.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 189 mindən çox koronavirusa yoluxma qeydə alınıb. 4 mindən çox insan ölüb, 7 mindən çox insan sağalıb.