Koronavirusa gözdən də yoluxmaq olar - Paşa Qəlbinur TƏSDİQLƏDİ
01 aprel 2020 14:58 (UTC +04:00)

Koronavirusa gözdən də yoluxmaq olar - Paşa Qəlbinur TƏSDİQLƏDİ

Amerika həkimləri bu günlərdə koronavirusun gözdən də keçə bilməsi barədə açıqlama veriblər.

Tanınmış göz həkimi, professor Paşa Qəlbinurun Lent.az-a bildirdiyinə görə, artıq sübut olunub ki, koronavirus üç yolla - ağız, burun və göz selikli qişaları vasitəsi ilə orqanizmə daxil olur: “Deməli, maska, əlcək bundan qorunmağa bəs etmir. Hökmən eynəklərdən də istifadə etmək lazımdır. Əvvəla, evdə oturmaq daha məqsədəuyğundur. Yox, əgər çıxmağa məcbursunuzsa, gözlərinizi də eynəklə qorumaq gərəkdir. Göz damcılarından da istifadə etmək məsləhətdir. Məsələn, “Aktipol” damcısını əlinizin altında saxlayın, vaxtlı vaxtında gözlərinizin nəmli olmasını nəzarətdə saxlamaq üçün”.

Həkimin dediyinə görə, öz zamanında İbni Sina da insanlara kütləvi yerlərdən çəkinməyi, ərzağı hamının getdiyi yox, seyrək adam olan bazar və mağazalardan almağı məsləhət görüb: “İnsanlara heç bir virusdan təşvişə düşmədən təmizliyə riayət etməyi, əhvalı yüksək tutmağı söyləyərdi”.

Paşa Qəlbinur özü evdə oturduğunu, yalnız vacib əməliyyatı olduqda işə çıxdığını deyib: “Dövlət nəzarət edir, qalır insanların məsuliyyəti. Bu virusda da digər viruslarda istifadə olunan dərmanlar keçərlidir, sadəcə, bu o birilərinin kombinə bir yerə yığılmış halıdır, ona görə bir qədər daha aqressivdir. Bu virusla ciddi bir düşmən kimi mübarizə aparmaq lazımdır, amma təşvişsiz, yüksək əhvalla”.

# 2101
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar