Azərbaycanda 17 yaşlı oğlan əlini qana buladı
01 aprel 2020 08:59 (UTC +04:00)

Azərbaycanda 17 yaşlı oğlan əlini qana buladı

Gəncədə bıçaqlanma hadisəsi olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində  şəhər sakini 18 yaşlı Anar Əliyev  bıçaqlanıb. Hadisə ilə əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı  İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 1524
avatar

Mehman Nəbiyev

Oxşar yazılar