Evə basqın edib şüşələri sındıran qardaşlar ələ keçdi
30 mart 2020 14:34 (UTC +04:00)

Evə basqın edib şüşələri sındıran qardaşlar ələ keçdi

 

Bakıda xuliqanlıq edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 26-da saat 23 radələrində naməlum şəxslər paytaxt sakinləri İ.Rəhimova və qohumu R.Şahbazovanın evlərinin pəncərə şüşələrini sındırıblar. 

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq zəminində bu əməli törətməkdə şübhəli bilinən Y.Səmədov və qardaşı saxlanılıblar. Davam etdirilən tədbirlərlə Y.Səmədovun evinin həyətindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng və 2 ədəd patron da aşkar edilərək götürülüb.

# 620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar