Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
30 mart 2020 12:45 (UTC +04:00)

Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək


Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi,  qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. )  ilə təmin edilmək üçün 077 489 90 00,  077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.

# 453
avatar

Oxşar yazılar