Türkiyədə 1 milyon saxta maska istehsal edən suriyalı iş adamı saxlanıldı
29 mart 2020 18:59 (UTC +04:00)

Türkiyədə 1 milyon saxta maska istehsal edən suriyalı iş adamı saxlanıldı

İstanbul polisi saxta maska istehsal edən dərzi sexinə basqın edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, əvvəlcədən alınan məlumat əsasında reallaşan basqın zamanı özünü dərzi sexinin rəhbəri kimi təqdim edən əslən suriyalı Mohammed Alsayed obyektin sənədsiz olduğunu bildirib. Bundan sonra polis içəridə axtarış həyata keçirib. Nəticədə 2375 ədəd saxta maska və 100 boş qutu aşkar edib.

Suriyalı sahibkar 1 milyon ədəd maska üçün sifariş aldıqlarını dilə gətirib. Dərzi sexi polis tərəfindən bağlanılıb, Mohammed Alsayed və digər 3 nəfər saxlanılaraq Haliç Polis İdarəsinə aparılıb.

# 1581
avatar

Mehman Nəbiyev

Oxşar yazılar