Bakıda karantinə əməl etməyən bu obyektlər bağlanır - FOTOLENT
29 mart 2020 16:20 (UTC +04:00)

Bakıda karantinə əməl etməyən bu obyektlər bağlanır - FOTOLENT

Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qadağalara baxmayaraq hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyyə olunur.

# 2268
avatar

Mehman Nəbiyev

Oxşar yazılar