1223
12:51
29 Mart 2020

Bu rayonda da giriş-çıxış məhdudlaşdırıldı - FOTO

Xüsusi karantin rejimi ilə əlaqədar Goranboyda giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bundan başqa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər apararaq mümkün qədər evdə onları qalmağa çağırır. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşaiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edir.

Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.