"Yazıblar ki, marketlərdə ərzaqlar bitir" - Əməkdar artist
29 mart 2020 12:25 (UTC +04:00)

"Yazıblar ki, marketlərdə ərzaqlar bitir" - Əməkdar artist

"Sosial şəbəkədə görürəm ki, yazıblar ki, marketlərdə ərzaqlar qurtarır".

Lent.az-ın məlumatına görə, bu sözləri "Şən bazar" verilişində Əməkdar artist Rəşad İlyasov deyib. O, bildirib ki, hazırkı vaxtda sosial şəbəkədə yalan xəbərlər yayan səhifələr var:

"Yalandan xəbərlər yazırlar. Həmin xəbərin üzərinə də düşük musiqi də qoyublar. Mən həmin xəbəri dəqiqləşdirmək üçün evimizə yaxın olan marketlərə getdim. Marketlərdə hər şey var idi. Bu yalan xəbərləri yayanlarla bağlı bir tədbir görmək lazımdır. Çünki imkanı olmayan ailələr var, onları da düşünmək lazımdır".

# 870
avatar

Yalçın UĞUR

Oxşar yazılar