14:28
28 Mart 2020

Yusif Mustafayevə dəstək olan bu şəxs imiş - İLK DƏFƏ AÇIQLADI

Əməkdar artist Yusif Mustafayev sənətdə olan dəstək olan həmkarından söz açıb.

Lent.az -ın məlumatına görə, müğənni “Gündən-günə” verilişində bildirib ki, Əməkdar artist Baloğlan Əşrəfov ona hər zaman dəstəkdir:

“Bu sənətdə ən yaxın dostum, tənqidçim Baloğlandır. Efirdə canlı oxuyandan sonra ona zəng edirəm, harada səhv etdiyimi soruşuram. O, sözü qılıncdan iti deyir. İfam zamanı harada səhv etdiyimi deyir, gələn dəfə o səhvi etmirəm. Onun sözlərindən sonra rahat oluram. Çünki yadın yalandan tərifindənsə, dostun acı tənqidi xoşdur. Baloğlan hər zaman mənə dəstəkdir”.

Dİgər xəbərlər