Bakıda samovar oğrusu tutuldu
28 mart 2020 12:36 (UTC +04:00)

Bakıda samovar oğrusu tutuldu

Martın 13-də Xətai rayon ərazisindəki hotellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlanıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılıb.

# 459
avatar

Oxşar yazılar