"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir
28 mart 2020 12:16 (UTC +04:00)

"Qalatasaray"ın daha bir vitse-prezidenti koronavirusa yoluxmasından şübhələnir


"Qalatasaray"ın daha bir rəsmisi koronavirusa yoluxmasından şübhələnir.

Apasport.az saytının məlumatına görə, 3-cü vitse-prezident Kaan Kançal bu xəstəliyə yoluxma təhlükəsini istisna etməyib.

O, "Beşiktaş"la qarşılaşmadan sonra koronavirusdan əziyyət çəkən digər vitse-prezidentlər Abdurrahim Albayrak və Yusuf Günayla klub prezidentinin otağından çıxdıqlarını və liftdə bir yerdə olduqlarını açıqlayıb: "Həmin iclasda baş məşqçi Fatih Terim də var idi. Onların hamısının virusa yoluxması məni şübhələndirir. Düzdür, xəstəxanada hamımızın testi mənfi çıxmışdı. Lakin Səhiyyə Nazirliyindən onlar üçün gələn testin cavabı müsbət çıxdı. Məndə də hazırda başağrısı var. Bu üzdən Səhiyyə Nazirliyinin test götürməsini məqsədəuyğun bildik. Hazırda nəticəni gözləyirəm".

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidentləri və baş məşqçisi Fatih Terim hazırda həkim nəzarətindədir.

# 498
avatar

Oxşar yazılar