1114
02:59
28 Mart 2020

ABŞ-da koronavirusa yoluxanların sayı 100 mini keçib

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 100 min nəfəri keçib.

APA xəbər verir ki, belə bir açıqlama federal və ştat rəsmilərindən əldə olunmuş məlumatlar əsasında Cons Hopkins Universitetindən edilib.

Məlumata əsasən, ölkədə 100 717 nəfər koronavirus daşıyıcısı var, 1478 nəfər bu virusun qurbanı olub. Sağalan şəxslər isə 862 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxan şəxslərin sayına görə Çin və İtaliyanı keçib. Prezident Donald Tramp bunu test sisteminin düzgün idarə edilməsi ilə əlaqələndirib.

Dİgər xəbərlər