Akademik Milli Dram Teatrı virtual tamaşalar göstərəcək
27 mart 2020 19:53 (UTC +04:00)

Akademik Milli Dram Teatrı virtual tamaşalar göstərəcək

Bu gündən Akademik Milli Dram Teatrı öz virtual repertuarı ilə tamaşaçıların görüşünə gələcək.

Teatrdan Lent.az-a verilən məlumata görə, ölkədə koronovirus pandemiyasına qarşı elan edilmiş xüsusi karantin günlərində əvvəlcədən müəyyən edilmiş repertuar əsasında tamaşalarımıza  səhifəmizdən baxa bilərsiniz. İlk olaraq "Hamlet" tamaşası təqdim olunacaq.

Tamaşa bu gün saat 19:00-da Akademik Milli Dram Teatrının rəsmi səhifəsində nümayiş olunacaq.

Bu tamaşanın premyerası 2002-ci ildə olub və uzun müddət böyük uğurla oynanılıb. Səhnə əsərinin rejissoru Azər Paşa Nemətovdur. Əsas rollarda Fuad Poladov, Rafael Dadaşov, Sənubər İsgəndərli, Yaşar Nuri, Elxan Ağahüseynoğlu, Sabir Məmmədov, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Anar Heybətov, Elşən Cəbrayılov, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Mətləb Abdullayev, Aslan Şirin və başqaları çıxış edib.

 

# 741
avatar

Oxşar yazılar