Modriçdən maraqlı təklif: “Mənim yerimə onu gətirin”
26 mart 2020 22:30 (UTC +04:00)

Modriçdən maraqlı təklif: “Mənim yerimə onu gətirin”


“Real” klubunun xorvatiyalı futbolçusu Luka Modriç rəhbərliklə söhbətində maraqlı təklif irəli sürüb. Lent.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, komandasını dəyişəcəyi gözlənilən yarımmüdafiəçi yerini doldura biləcək oyunçunun adını açıqlayıb.
Modriçin fikrincə, Moskva MOİK-nin formasını geyinən Nikola Vlaşiç onun gedişindən sonra yaranacaq boşluğu aradan qaldırmaq gücündədir. Luka millidə birgə çıxış etdiyi Nikolanın oyununa yaxından bələd olduğu üçün “Real” rəhbərliyinə onu almağı məsləhət görüb.

Qeyd edək ki, Modriçin “kral klubu” ilə müqaviləsinin müddəti 2012-ci ilin yayınadək nəzərdə tutulub.

# 567
avatar

Oxşar yazılar