Tokio-2020 rəsmən təxirə salındı
24 mart 2020 17:40 (UTC +04:00)

Tokio-2020 rəsmən təxirə salındı

 

Bu yay Yaponiyanın paytaxtı Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə təxirə salınıb. Lent.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) mötəbər yarışın 2021-ci ildə keçirilməsinə qərar verib.

Olimpiyadanın gələn yay hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

# 546
avatar

Oxşar yazılar