1195
21:46
23 Mart 2020

Angela Merkelin koronavirusla bağlı testinin CAVABI AÇIQLANDI

Almaniya kansleri Angela Merkeldə koronavirus aşkar olunmayıb.

APA-nın "DPA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Şteffen Zaybert bildirib.

"Koronavirusla bağlı bugünkü testin nəticəsi mənfidir. Növbəti günlərdə əlavə yoxlamalar aparılacaq", - Zaybert bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Angela Merkeli pnevmoniya infeksiyasına qarşı peyvənd edən həkimdə koronavirus aşkarlanıb. Bundan sonra Almaniya kansleri karantinə alınıb, onun səhhətinin normal olduğu və iş fəaliyyətinə evdən davam etdiyi bildirilib.