
Məşhur müğənnidən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə və çağırış

Xalq artisti Röya Ayxan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.
APA-nın məlumatına görə, məşhur müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.
Bununla da müğənni, koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.
Eyni zamanda, sənətçi bütün vətəndaşları COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə çağırıb.

Oxşar yazılar

Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
26 yanvar 2021 , 17:40
26 yaşlı serial ulduzu öldü
25 yanvar 2021 , 19:21
Muzey və sərgi salonları açılır
25 yanvar 2021 , 04:52
Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam
24 yanvar 2021 , 11:08
Prezident Xalq artisti Eldar Quliyevi təbrik etdi
23 yanvar 2021 , 21:42
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olundu
23 yanvar 2021 , 21:38
Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10