Ulduz futbolçu doğum gününü həbsxanada qeyd etdi – FOTO
22 mart 2020 15:12 (UTC +04:00)

Ulduz futbolçu doğum gününü həbsxanada qeyd etdi – FOTO

Braziliya yığmasının sabiq futbolçusu, PSJ, “Barselona” və “Milan” klublarının formasını geyinmiş Ronaldinyo dünən - martın 21-də 40 yaşını tamamlayıb.

 Lent.az-ın məlumatına görə, “sambaçı” budəfəki ad gününü həbsxanada qeyd etməli olub.

Ronaldinyo bir müddət öncə saxta pasportla tutulduğu üçün Paraqvayda həbs olunub. O və qardaşı barədə 6 aylıq azadlıqdan məhrumetmə cəzası verilib.

Doğum günü münasibətilə həbsxanada Ronaldinyoya barbekyu hazırlanıb.

# 1744
avatar

Rizvan Babayev

Oxşar yazılar