468
02:08
18 Mart 2020

Almaniyada koronavirusa yoluxanların sayı 9300 nəfəri keçib

Almaniyada koronavirusun yeni növünə yoluxanların sayı 9367 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının federal torpaqlarından əldə olunan məlumatları əsasında “N-tv” telekanalı bildirib.

Bundan əvvəl “DPA” agentliyi 8598 yoluxma halının qeydə alındığını bildirmişdi. Son məlumata görə, virusa yoluxma nəticəsində 26 ölkə vətəndaşı ölüb.