580
15:28
17 Mart 2020

Türkiyənin 31 deputatı karantində

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, koronavirus tədbirləri ilə əlaqədar açıqlamalar verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şentop martın 1-dən bu yana xaricdən gələn deputat sayının 31 olduğunu açıqlayıb.

Sədr həmin vəkillərin özlərinə karantin nəzarəti tətbiq etdiyini də vurğulayıb. O qeyd edib ki, mart ayının əvvəlindən bəri bütün millət vəkilləri karantin prosesi ilə bağlı vəziyyəti bilir və həyata keçirirlər: “Mart ayında xaricə çıxan millət vəkilimiz yoxdur. TBMM heyətində koronavirus aşkar olunmayıb. Bununla bağlı yayaılan xəbərlər doğru deyil”.