Ümumdünya Səhiyyə Təşkilatının iki əməkdaşı koronavirusa yoluxdu
17 mart 2020 14:56 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının iki əməkdaşı koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki əməkdaşı COVID-19 virusuna yoluxub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün mətbuat xidmətinin rəhbəri Kristian Lindmayer deyib.

"ÜST-ün iki əməkdaşının COVID-19-a yoluxduğu təsdiqlənib. Onlarda yoluxma halı martın 12 və 13-də bəlli olub", - deyə o bildirib.

K. Lindmayer qeyd edib ki, koronavirusa yoluxan şəxslər təcrid olunub və onların əlaqə saxladığı şəxslər müəyyənləşdirilib yoxlanılır. 

Xatırladaq ki, martın 11-də ÜST COVID-19-u pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 160 mindən çox insan artıq bu virusa yoluxub, yoluxanların əksəriyyəti sağalıb, virusa yoluxmuş 6 mindən çox insna vəfat edib.

# 1808
avatar

Oxşar yazılar