Çində ölkə çempionatının başlayacağı tarix açıqlandı
17 mart 2020 04:12 (UTC +04:00)

Çində ölkə çempionatının başlayacağı tarix açıqlandı


Koronavirus infeksiyasının yayıldığı ilk ölkə olan Çində vəziyyət stabilləşməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, yoluxma hallarının kəskin azalması daxili çempionatın bərpa olunmasını sürətləndirə bilər.

Çin Futbol Assosiasiyası vəziyyəti artıq nəzarəti altına götürə bildiyindən, Super Liqanı aprelin 18-də başlatmaq niyyətindədir. Mövsüm fevralın 22-də start götürməli idi. Lakin məlum xəstəlik ucbatından yarışın startı gecikir.

Qeyd edək ki, Çində koronavirus epidemiyasına yoluxanların 84 faizi sağalıb.

# 2507
avatar

Oxşar yazılar