4840
14:14
16 Mart 2020

Dünyanın ən böyük şirkətlərindən birinin prezidenti də virusa yoluxdu

Dünyanın ən böyük səsyazma şirkəti olan Universal Music Group-un prezideti Luçian Qreyndj koronavirusa yoluxub.

Lent.az -ın məlumatına görə, bu barədə “Variety” nəşri xəbər yayıb.

Xəbərdə bildirilir ki, 60 yaşlı Qreyndj Los-Ancelesdəki klinikaların birində müalicə olunur. Universal Music Groupin Santa Monika şəhərində yerləşən ofisi də bu səbəbdən bağlanıb.