Digər ölkələrdə koronavirusa yoluxma hallarının sayı Çindəki göstəricidən çoxdur
16 mart 2020 07:32 (UTC +04:00)

Digər ölkələrdə koronavirusa yoluxma hallarının sayı Çindəki göstəricidən çoxdur

 

Çindən kənarda yeni növ koronavirusa yoluxan insanların ümumi sayı ÇXR-də qeydə alınmış yoluxma hallarının sayını keçib.

APA xəbər verir ki, bunu “TASS”-ın infeksiya hallarının olduğu 120-dən çox ölkədə rəsmi qurumların açıqlamaları və ekspert qiymətləndirmələri əsasında toplanmış xülasə məlumatları sübut edir.

Bu günə qədər Çində 81028 yoluxma hadisəsi qeydə alınıb, Çinin xaricində isə 81321 nəfər. Pandemiyanın sonuna və infeksiyaya yoluxanların müalicəsinin tamamlanmasına qədər dəqiq hesablanması mümkün olmayan şərti ölüm nisbəti Çində dünyanın qalan hissəsinə nisbətən daha yüksəkdir – orada 3,95% yoluxmuş insan ölüb. Digər ölkələrdə orta hesabla 3,79% qeydə alınıb.

1000-dən çox yoluxma faktının qeydə alındığı ölkələr arasında ən pis vəziyyət İtaliyadadır, burada yoluxmuş şəxslərin 7,31% olub.

# 1253
avatar

Oxşar yazılar