İkardi İtaliyaya qayıdır - amma “İnter”ə yox
12 mart 2020 18:21 (UTC +04:00)

İkardi İtaliyaya qayıdır - amma “İnter”ə yox

 


PSJ-də icarə əsasında çıxış edən “İnter”in futbolçusu Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər. 

Lent.az saytı “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, argentinalı hücumçu “Yuventus”un maraq dairəsinə düşüb.

“Qoca sinyora” bununla bağlı danışıqlara start verib. “Yuventus”un idman direktoru Fabio Paratiçi futbolçunun xanımı, eyni zamanda agenti olan Vanda Nara ilə məsələni müzakirə etməkdədir. İkardinin A Seriyasına qayıtmaq istədiyi, “İnter”in də onun Turin klubuna keçidinə qarşı olmadığı bildirilir.

Transfer 65 milyon avro qarşılığında reallaşa bilər.

Qeyd edək ki, 27 yaşlı forvard PSJ-də ümumilikdə 31 oyunda 20 qola imza atıb.

# 1191
avatar

Rizvan Babayev

Oxşar yazılar