16:55
10 Mart 2020

Sevda təqdimatında NƏLƏR DEDİ? - VİDEO

Müğənni Sevda Yahyayeva "Sevgi nəyə deyirsən sən" adlı klipinə təqdimat mərasimi keçirib.

Lent.az xəbər verir ki, media nümayəndələrini başına toplayan sənətçi ekran işində "Kənd qızı" obrazını canlandırdığını söyləyib. Nail Naiboğlunun ekranlaşdırdığı klipdə aktyor Ruslan Sabirli rol alıb. Çəkiliş zamanı üşüdüyün deyən Sevda geyimlərini özünün seçdiyini söyləyib;

"Özüm Qobuda böyümüşəm. Yay tətillərində həmişə Qubaya və Salyana nənəmgilə gedərdim. Orada kənd həyatının şahidi idim. Buna görə də bu həyat mənə yad deyil. Hər zaman qlamur obrazlarda klipim olub deyə bu dəfə başqa cür görünmək istədim".

Müğənni bildirib ki, mahnı 20 il öncə ərsəyə gəlib: "Mahnının Əməkdar artist Ədalət Şükürov 20 il öncə ərsəyə gətirib. Biz fərqli aranjimanla təqdim etdik. Mən çox bəyəndim, ümid edirəm tamaşaçılar da bəyənər".

Qeyd edək ki, layihənin çəkilişləri Xızıda gerçəkləşib.

Dİgər xəbərlər