1275
16:06
10 Mart 2020

“Real” azarkeşləri üçün bəd xəbər

“Real” klubu heyətlə bağlı ciddi itki ilə üzləşib.

Lent.az -ın məlumatına görə, Madrid təmsilçisinin aparıcı futbolçularından olan Marselo zədələnib.

Sol budundan zədələnən braziliyalı müdafiəçi qeyri-müəyyən müddətə sıradan çıxıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağına tibbi müayinələrdən sonra tam aydınlıq gələcək.

Qeyd edək ki, 2007-ci ildən “Real”ın formasını geyinən Marselo cari mövsümdə ümumilikdə 19 oyunda 1 qola imza atıb.