Azərbaycanın turizm sektoru koronavirusa görə 10 milyon dollar itirə bilər
10 mart 2020 09:52 (UTC +04:00)

Azərbaycanın turizm sektoru koronavirusa görə 10 milyon dollar itirə bilər

Azərbaycanın turizm sektoru koronavirusa görə ən pis halda 10,3 mln. ABŞ dolları itirə bilər ki, bu da ÜDM-in 0,02%-nə bərabərdir.

Bu barədə "APA-Economics"ə Asiya İnkişaf Bankından (AİB) bildirilib.

Bankdan verilən məlumata görə, dünyada sürətlə yayılan koronavirus səbəbindən insanların səyahətinə maneələr Azərbaycandan da yan keçməyəcək.

 

AİB-in digər proqnozuna görə, ölkə ən yaxşı halda 3,4 mln. dollar itirə bilər ki, bu da ÜDM-in 0,007%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayında 6 520,2 mln. manatlıq (3 835,3 mln. dollar) ÜDM istehsal olunub.

Qeyd edək ki, bankın qlobal proqnozuna görə, turizm sahəsində ən çox gəlir itkisi ilə Çin üzləşəcək. Ən pis halda ölkə 35 135,3 mln dollar, ən yaxşı halda isə 15 241,6 mln. dollar itirəcək. Bu, müvafiq olaraq Çin ÜDM-nin 0,2%-nə və 0,1%-nə bərabərdir.

# 1080
avatar

Oxşar yazılar