425
09:27
09 Mart 2020

Türkiyədə kafedə atışma: 3 nəfər öldü


Türkiyənin Kırıkkale vilayətində kafedə silahlı insident nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA yerli mətbuata istinadən xəbər verir ki, kafeyə hücum edən şəxs tapança ilə oradakı qohumlarını vurub. O, dəfələrlə atəş etdikdən sonra hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində güllə yarası alan 3 nəfər ölüb, 4 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində tədbirlər görülür.