Modriç "Real"dan gedir - Özünə klub axtara bilər
07 mart 2020 11:40 (UTC +04:00)

Modriç "Real"dan gedir - Özünə klub axtara bilər

"Real" rəhbərliyi komandanın yarımmüdafiəçisi Luka Modriçə özünə yeni klub axtarmağa icazə verib.

Lent.az xəbər verir ki, "Madrid" təmsilçisinin prezidenti Florentino Peres 34 yaşlı yarımmüdafiəçiyə potensial alıcılarla danışıqlar apara biləcəyini açıqlayıb. Klub rəhbəri onun yayda başqa kluba transferinə mane olmayacağını söyləyib.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayır. /qol.az

# 1246
avatar

Oxşar yazılar