Rusiya koronavirusa görə İranla sərhədi müvəqqəti bağladı
07 mart 2020 02:30 (UTC +04:00)

Rusiya koronavirusa görə İranla sərhədi müvəqqəti bağladı

Rusiya hökuməti İrandan gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişini dayandırmaq barədə qərar qəbul edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi internet səhifəsində bildirilib. 

Qeyd edilib ki, qərar koronavirusun yayılması ilə əlaqədar qəbul edilib: “Dövlət təhlükəsizliyini təmin etmək, ictimai sağlamlığı qorumaq və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Rusiya Federasiyası ərazisində 7 mart 2020-ci il tarixində yerli vaxtla 00: 00-dan etibarən Rusiya Federal Təhlükəsizlik Xidməti xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin, habelə təlim və məşğulluq məqsədi ilə, eləcə də özəl, turizm və tranzit məqsədləri üçün İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyasının dövlət sərhədi ərazisindən keçməsini müvəqqəti olaraq dayandırır". 

Bildirilib ki, məhdudiyyət Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və Rusiya Federasiyasında yaşayış icazəsi alan şəxslərə şamil edilmir. 

# 903
avatar

Oxşar yazılar