820
15:11
04 Mart 2020

İranda koronavirusdan ölənlərin sayı 90-ı keçdi

İranda ötən 24 saat ərzində daha 586 nəfər koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ötən sutka ərzində koronavirusdan 15 nəfər ölüb. Ümumilikdə ölənlərin sayı 92 nəfərə çatıb.

Koronavirusa yoluxanların sayı isə 2922 nəfərdir.