828
14:36
03 Mart 2020

“Barselona”nı çalışdırmaq arzumdur”

“Barselona”nın sabiq kapitanı Xavi Ernandes maraqlı açıqlama verib.

Lent.az -ın məlumatına görə, hazırda Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan Xavi doğma komandasına qayıtmaq arzusundadır.

O bildirib ki, gələcəkdə “Barselona”nı çalışdırmaq təklifi alsa, bu dəfə “yox” deməyəcək: “Qətərdə nə qədər işləyəcəyimi bilmirəm. Bu yaxınlarda “Barsa”nın “sükanı arxası”na keçmək şansım yaranmışdı, ancaq imtina etdim. Çünki indi düzgün zaman deyildi. Amma gələcəkdə “Barselona”nı çalışdırmaq istəyirəm, bu, mənim arzumdur. Xəyallarımın gerçəkləşəcəyinə ümidliyəm”.

Qeyd edək ki, futbolçu kimi “Barselona”nın yetirməsi olan Xavi 2015-ci ildə Kataloniya klubundan ayrılıb.

Dİgər xəbərlər