18:25
02 Mart 2020

Azərbaycan çempionu əməliyyat olundu - FOTO

Bu mövsümün ilk yarısı bitən kimi “Qarabağ”dan ayrılan Simeon Slavçev bir müddət hazırkı komandası “Levski”yə kömək edə bilməyəcək.

Lent.az -ın məlumatına görə, Sofiya klubunun 26 yaşlı futbolçusu zədələnib.

Bu səbəbdən Slavçev əməliyyat olunmaq məcburiyyətində qalıb. İnstaqram səhifəsində foto paylaşan Simeon özünü yaxşı hiss etdiyini bildirib: “Əməliyyat uğurlu keçdi, ən qısa müddətdə meydana qayıdacağıma ümid edirəm. Uğur üçün daha da güclü olacağam”.

Qeyd edək ki, “Qarabağ”la Azərbaycan çempionluğunu yaşayan Slavçev Bolqarıstan millisində 25 oyun keçirib.

Dİgər xəbərlər