"Yarat"da "Keçmişdən partlayış" olacaq
02 mart 2020 16:21 (UTC +04:00)

"Yarat"da "Keçmişdən partlayış" olacaq

Martın 10-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Keçmişdən partlayış” adlı tamaşa oynanılacaq.

Lent.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində göstəriləcək tamaşa məşhur azərbaycanlı rəssam Əşrəf Muradın fantaziyasında “məskunlaşmış” Vinsent Van Qoq, Səttar Bəhlulzadə, Frida Kalo, Maral Rəhmanzadə kimi rəssamların və Volfqanq Amadey Motsart kimi incəsənət tarixinə iz qoymuş şəxsiyyətlərdən bəhs edir.

# 2026
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar