Bakı-Sumqayıt şossesində avtomobil aşıb - FOTO
29 fevral 2020 02:46 (UTC +04:00)

Bakı-Sumqayıt şossesində avtomobil aşıb - FOTO

 

Bakıda yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən sürücü avtomobilini xəndəyə aşırıb.

APA xəbər verir ki, hadisə Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib.

Məlumata görə, həmin ərazidə yolda təmir-tikinti işləri aparılır. Buna görə də yanacaq doldurma məntəqəsinin qarşısı da qazılıb. Bunu vaxtında görməyən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qazılan quyuya düşüb.

# 2027
avatar

Oxşar yazılar