Gürcüstandan gətirilən məhsullar Azərbaycana buraxılmadı
28 fevral 2020 19:38 (UTC +04:00)

Gürcüstandan gətirilən məhsullar Azərbaycana buraxılmadı

Azərbaycana qanunsuz yolla elektronika avadanlıqları gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes-Benz 190" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin yanacaq çənindən üzərində 7 ədəd "My Passport 1tb", 3 ədəd "My Passport 2 tb", 6 ədəd "Expansion 2tb", 9 ədəd "Samsung V-Nanad SSD 860 EVO 500 GB" yazılan kompüter üçün yaddaş qurğuları aşkarlanıb.

Həmçinin Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin şitində gizlədilmiş 10 ədəd "Samsung Galaxy A 10 S" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

# 1422
avatar

Mehman Nəbiyev

Oxşar yazılar