Baş Prokurorluqdan TƏKZİB:  "Meyitin üzərində zorakılıq yoxdur"
28 fevral 2020 12:43 (UTC +04:00)

Baş Prokurorluqdan TƏKZİB: "Meyitin üzərində zorakılıq yoxdur"

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, Baş Prokurorluq həmin məlumatların həqiqəti əks etdirmədiyini təkzib etdiyini bildirib..

Yanvarın 25-də gecə saat 2 radələrində Şəki şəhər sakini 38 yaşlı Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.

Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.

Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.

# 926
avatar

Mehman Nəbiyev

Oxşar yazılar