Kolumbiyada 3 hərbçi vertolyot qəzasında öldü
28 fevral 2020 07:10 (UTC +04:00)

Kolumbiyada 3 hərbçi vertolyot qəzasında öldü

 

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus vertolyot qəzaya uğrayıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “La FM” radiostansiyası bildirib.

Kolumbiyanın mərkəzində cümə axşamı günortadan sonra Boxaka şəhərinin yaxınlığında baş verən qəza nəticəsində heyət üzvlərindən 3 nəfəri ölüb, 2-si ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

# 734
avatar

Oxşar yazılar